/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

«CNN»-in yunan xidməti Azərbaycanın işğal olunmuş əraziləri barədə qərəzli veriliş hazırlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

«CNN» telekanalının yunan xidməti Azərbaycanın işğal olunmuş əraziləri barədə qərəzli veriliş hazırlayıb. Azərbaycan XİN bildirir kı, veriliş Ermənistan Müdafiə Nazirliyinin sifarişi əsasında kommersiya şərtləri ilə hazırlanıb və yalnız siyasi reklam xarakteri daşıyır. Aydın görünür ki, cnn yunan xidməti qeyri-obyektiv və qərəzli siyasi sifarişləri yerinə yetirir. Bununla əlaqədar rəsmi Bakının etirazı «CNN» televiziya kanalına çatdırılacaq.”Beynəlxalq hüququn tələblərinə uyğun olaraq erməni xalqını sülhə hazırlamaq əvəzinə Ermənistan müdafiə naziri tamamilə savadsız bir formada Ermənistanın Azərbaycan ərazilərini işğalını izah etməyə cəhd göstərir. O, həmçinin, gülünc formada BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edir və bununla erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu kimi təhrifedici fəaliyyət münaqişənin həlli üzrə sülh prosesinə xələl gətirir.” Nazirliyin mətbuat xidmətinin rəhbərı Hikmiət Hacıyev belə deyib.

19:00 / 04.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 39
Bu gün: 8494
Bu ay: 298479
Ümumi: 14432840
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın