
ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu gün görüş keçirilib. Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yollarını ətrafında geniş müzakirələr aparıblar: "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik". O, qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb. Tomas qreminger də görüşün əsas mövzularından birinin atət məkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də rusiya ilə işləmək vacibdir".
21:00 / 03.11.2017