/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Metsamor AES təhlükəsizlik standartlarına cavab vermir

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda öz fəaliyyətini hələ də davam etdirir. Ekspertlər isə stansiyanın enerji blokunu təkcə region üçün deyil, bütün Avropa üçün təhlükə adlandırırlar. Yüksək seysmik zonada yerləşən enerji bloku mövcud AES-lər arasında ən təhlükəlisi kimi qiymətləndirilir. Dünyanın ən nüfuzlu qəzet və jurnalları metsamoru ikinci Çernobıl, hətta fukusima adlandırırlar. Ekspertlərin fikrincə, istifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən metsamor aes hazırkı durumda təkcə region üçün deyil, bütün avropa üçün təhlükə mənbəyinə çevrilib. Ərazidə zəlzələnin baş vermə ehtimalı isə bu narahatlığı daha da artırır. Bir sıra təşkilatlar metsamorun mövcudluğunu region üçün böyük təhlükə hesab etsə də, rəsmi İrəvan bu etirazlara məhəl qoymur. Öz ambisiyalarını hər şeydən üstün tutan Ermənistan prezidenti Serj Sərkisyan energetika sahəsində təhlükəsizliyi təmin etmək üçün ölkədə həmişə atom energetikasının mövcud olacağını deyib. Görünən odur ki, enerji blokunun bağlanması üçün Aİ-dan gələn maliyyə təkliflərinin məbləği ürəkaçan olmadığından Ermənistan hökuməti Metsamor AES-i bilərəkdən deaktivasiya etmir və mövcud təhlükəyə baxmayaraq bu atom elektrik stansiyasından siyasi manipulyasiyalar üçün istifadə edilməsində maraqlıdır. Lakin irəvanın regionu təhlükəyə atmasının qarşısı mütləq alınmalıdır. Nüvə enerjisi və atom silahları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni tez bir zamanda nəzarətə götürməli və lazımı qərarlar verməlidirlər. Əks halda, regionu radiasiya təhlükəsindən qorumaq çox gec olacaq.

21:00 / 03.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1740
Bu ay: 151481
Ümumi: 14285842
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın