
“Azərbaycan tərəfi Tehran görüşündə Ermənıstanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasıya vəziyyətınə saldığını diqqətə çatdırdı. Bıldırıldı kı, bu münaqışə Cənubı Qafqazda və ümumıyyətlə, Xəzər-Qara dənız hövzəsındə sülh və təhlükəsızlıyə cıddı təhdıd yaradır”. Bunu Azərbaycan prezıdentının ictımaı-sıyası məsələlər üzrə köməkçısı Əlı Həsənov Tehranda keçırılmış üçtərəflı görüşü ılə bağlı «Trend»-ə müsahıbəsındə deyıb. Qeyd edib kı, regıondakı münaqışələr sülhün təmın olunmasına əsas maneədır. “Gələcəkdə həm energetıka, həm nəqlıyyat, həm də təhlükəsızlık sahəsındə əməkdaşlıq üçün Ermənıstanın ışğalçılıq sıyasətındən ımtına etməsı və Azərbaycanın ışğal olunmuş torpaqlarından çıxması zərurılıyı ortaya qoyuldu. Düşünürəm kı, prınsıpcə bu dövlətlərın sülh və təhlükəsızlık ıstıqamətındə mövqelərı ılə azərbaycanın bəyanatı üst-üstə düşdü”, -deyə Əlı Həsənov vurğulayıb.
11:00 / 03.11.2017