/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycanın regionda əhəmiyyəti artır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanın regionda çox əhəmiyyətli tranzit qovşaına çevrilməsi ölkəmizlə sıx əməkdğlq etməyə hazır olan ölkələrin sırasını genişləndirməklə yanaşı, onun beynəlxalq müstəvidə siyasi nüfuzunu möhkəmləndirir. Son 2-3 gündə baş verən mühüm siyasi hadisələr buna əyani sübutdur. Oktyabrın sonunda Bakı-Tbilsi-Qars dəmir yolunun istismara verilməsi azərbaycanın dövlətlərarası iqtisadi inteqrasiya prinsipini necə yüksək qiymətləndirməsilə yanaşı, ölkəmizin siyasi və geosiyasi nüfuzunun artmasını da nümayiş etdirdi. Çünki müəyyən qüvvələrin destruktiv cəhdlərinə baxmayaraq, bu layihə gerçəkləşdi və özü də məhz Azərbaycanın qoyduğu prinsipial şərtlər çərçivəsində. Bu reallıq dünən Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdalşıq formatının Tehranda keçirilən 2-ci zirvə toplantısında da öz təsdiqini tapdı. Əvvəla, hər üç ölkənin böyük önəm verdiyi və ciddi perspektivlərə malik olan bu əməkdaşlıq çərçivəsində nəzərdə tutulan şimal-cənub və şərq-qərb kimi layihələr regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Digər tərəfdən isə, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli müstəvisində çox önəmli platformadır. Ölkəmiz üçün ən vacib məqam təcavüzkar Ermənistanın üçtərəfli format çərçivəsində də həyata keçiriləcək layihələrdən kənarda saxlanmasıdır. Daha doğrusu, Ermənistanla sıx əlaqələri olan Rusiya və İranın Azərbaycanın haqlı tələbilə razılaşmasıdır. Belədə həmin ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe tutması üçün nəhayət ki, İrəvana təsir göstərəcəklərinə ümidi artırır. Təsadüfi deyil ki, Tehranda prezidentlərin birgə bəyanatında regiondakı münaqişələrin öz həllini tapması zərurəti vurğulanıb. Ümumillikdə isə, Bakının təşəbbüsilə yaranan və səmərəli fəaliyyət nümayiş etdirən Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi formatlar ölkəmizin səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə sadiq olduğunu göstərir.

21:00 / 02.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 22551
Bu ay: 127823
Ümumi: 14262184
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın