/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan-Türkiyə birliyi ən yüksək zirvədədir

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Türkiyə və Azərbaycanı qitələrin birləşməsi nöqtəsində daha güclü səviyyəyə çatdırıb. Yüksək səviyyəli strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti toplantısı da göstərdi ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək zirvədədir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında müzakirə olunan məsələlər də göstərdi ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu gün dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur.
Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin ölkəmizə dəstəyini xüsusi vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Türkiyə hər zaman, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir. Strateji Əməkdaşlıq Şurasının toplantısında diqqət yetirilən əsas məsələlərdən biri də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi olub.
İki ölkə arasında iqtisadi sahədəki perspektivlərə gəlincə, dövlət başçısı qeyd etdi ki, 2 gün əvvəl istismara verilən Bakı-Tbilis-Qars dəmir yolu xətti 2 ölkənin gücünü göstərir. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Əsas hədəf sərmayələrin həcmini 20 milyard dollara çatırmaqdır. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Türkiyə-Azərbaycan birliyi bölgə üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. Güclənən Türkiyə həm də Azərbaycanın gücünü artırır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd etdi ki, bu gün siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu başda olmaqla iki ölkənin birgə reallaşdırdığı layihələr regionun xəritəsini dəyişəcək qədər əhəmiyyətə malikdir. Türkiyə dövlət başçısının sözlərinə görə, bu yolla təkcə insanlar səfər etməyəcəklər. Eyni zamanda, buradan çox ciddi yük daşınması da olacaq ki, bu da xüsusilə iqtisadiyyatın faydası baxımından, bu yüklər ucuz qiymətlə necə daşına bilər, bunu göstərməsi baxımından çox böyük önəmə malikdir. Bu gün 2 ölkə arasında digər mühüm məsələ isə ticarяt dövriyyəsnin artırılmasıdır. Beləliklə, iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası da göstərdi ki, bütün strateji məslələrdə Türkiyə və Azərbaycan həmrəylik nümayiş etdirir və bu siyasət bundan sonra da davam edəcək.

13:00 / 01.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 2098
Bu ay: 151839
Ümumi: 14286200
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın