/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

BTQ xəyalları reallaşdırdı

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi bir zamanlar sadəcə xəyal idi bu gün isə artıq dəmiryolu işə düşüb və fəaliyyət göstərir. Əlbəttə bu birbaşa Azərbaycanın təşəbbüsü, siyasi iradəsi və maliyyə imkanları nəticəsində baş tutdu.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi ilə bağlı təşəbbüs göstərilib, ilkin sənədlər imzalanarkən layihə çoxlarına real görünmürdü. İllər ərzində dəmiryolu xətti layihəsi bir çox iqtisadi və siyasi maneələrlə üzləşdi. Nəhayət Azərbaycan, Gürcüstan və Türkiyənin güclü iradəsi nəticəsində dəmiryolu xətti istifadəyə verildi. layihənin reallığa çevrilməsi məhz Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyinin nəticəsidir. Bakı-Tbilisi-Qars tarixi ipək yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Bununla da dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq.
Layihənin ölkəmizə qazandıracağı iqtisadi və siyasi dividentlər misilsizdir. Bakı-tbilisi-qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu isə böyük həcmdə vəsaitin ölkəyə daxil olması deməkdir.
Bu dəmir yolu layihəsi Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Qeyd edək ki, dəmiryolu xətti Azərbaycan-Gürcüstan-Türkiyənin realaşdırdığı ilk layihə deyil. 3 ölkənin əməkdaşlığı nəticəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri inşa edilib. Avropanın ən böyük infrastruktur layihələrindən biri olan «Cənub» qaz dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Ölkə başçısı İlham Əliyevin də dediyi kimi regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaq və bir-birini dəstəkləyəcəklər.

13:00 / 01.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 34
Bu gün: 8118
Bu ay: 298103
Ümumi: 14432464
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın