/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan tranzit potensialını artırır

Şriftin ölçüsü:  11px13px15px17px

Dünən Azərbaycan qeyri-neft sektorunun inkişafı yönündə daha bir əhəmiyyətli addım atdı. Bakı Beynəlxalq Dəniz Limanında təntənəli mərasimdən sonra Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı dəhliz olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildi. Postneft iqtisadiyyatı modelinə keçən Azərbaycanın əsas hədəflərindən biri də əlverişli tranzit potensialını çox ciddi faktora çevirməkdir ki, Bakı-Tbilsi-Qars dəmir yolu da bu müstəvidə ən böyük uğurlardan biridir. Çünki Avropa-Qafqaz-Asiya sürətli dəmir yolu dəhlizinin tərkib hissəsi olan bu magistral iqtisadi əhəmiyyətdən başqa çox vacib hərbi-siyasi önəm də daşıyır. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bir çoxlarının, xüsusilə bəzi xarici dairələrin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmadıqlarını bildirdi. Onların fikrincə, texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkənin, xüsusilə də Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstəyi, bir-birinə inamı bunun əksini sübut etdi. Və Bakı-Tbilisi-Qars yolunun geostrateji əhəmiyyətini göstərdi. Bakı-Tbilisi-Qars dəmir yolunun regionun 3 dövlətilə Mərkəzi Asiya ölkələri arasında bütün sahələrdə əlaqələri daha da dərinləşdirəcəyi perspektivi isə, layihənin siyasi baxımdan da xüsusi önəm daşıdığından xəbər verir.

21:00 / 31.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 22831
Bu ay: 128103
Ümumi: 14262464
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın