/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan siyasi elitası Dağlıq Qarabağ kartından daxili mübarizədə istifadə edir

Şriftin ölçüsü:  11px13px15px17px

Cenevrə danışıqlarından sonra münaqişənin dinc yolla həlli ilə uzlaşmayan bəyanatlar verən Ermənistan prezidentinin hərəkətlərinə aydınlıq gətirən məqamlar üzə çıxıb. Onun baş nazir Karen Karapetyanla pərdəarxası sövdələşməsindən bəlli olur ki, Ermənistan siyasi elitası ənənəvi qaydada Dağlıq Qarabağ kartından daxili mübarizədə istifadə edir.
Ermənistan mediasında bildirilir ki, gələn ilin aprelində prezident səlahiyyətləri bitdikdən sonra baş nazir olmaq istəyən Serj Sarkisyan Cenevrədən qayıdan kimi, indi həmin postu tutan Karen Karapetyanla görüşərək, bu barədə razılığa gəlib. Məlumata əsasən, Sarkisyan Karapetyana Dağlıq Qarabağ münaqişəsi barədə qərarın verilməsinin baş nazirin səlahiyyətləri çərçivəsinə daxil ediləcəyini deyib. Baş nazirin birinci müavini postunu tutacaq Karen Karapetyan isə hökumətin iclasını keçirəcək, kadr islahatları aparacaq və hökumət binasına rəhbərlik edəcək. “Aykanak jamanak” qəzeti yazır ki, əvvəlcə təklifə razılaşmayan baş nazir, ona 2018-ci ilin aprelində tutduğu vəzifədə qalacağı barədə söz verildiyini və əks halda istefaya gedəcəyini bildirib. Lakin Sarkisyanın təkidilə bir neçə gün fikirləşəndən sonra Karapetyan təkliflə razılaşıb. Erməni mənbələri onun razılığının səbəbini Dağlıq Qarabağ problemilə bağlı məsuliyyəti öz boynuna götürmək istəməməsilə izah edirlər. Belə ki, Sarkisyanın bu müstəvidə Cenevrə görüşündə öhdəlik götürdüyü bildirilir. Karapetyan isə 2018-ci ilin aprelində baş nazir vəzifəsində qalacağı tərzdə keçmiş prezidentdən miras qalan öhdəliklərə görə məsuliyyət daşımaq istəmir. Amma məlumatlarda həmin öhdəliyin mahiyyəti və detalları barədə heç nə deyilmir.

13:00 / 26.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8281
Bu ay: 121501
Ümumi: 16435524
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın