/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

ATƏT məcburi köçkünlərin hüquqlarının qorunması üçün platforma olmalıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və məcburi köçkün problemi ATƏT-in aralıq dənizi konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli görüşdə dünya ictimaiyyətinin diqqətinə çatrıdırılıb. Bildirilib ki, ATƏT məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu oynamalıdır.
Elmar Məmmədyarov bildirib ki, öz evlərini tərk edən insanların sayının 65.6 milyon, dünya üzrə məcburi köçkünlərin sayının isə rekord həddə - 41 milyon nəfərə çatmasına baxmayaraq, hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük. Qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqlardan ibarət məcburi köçkünləri də unutmamalıdırlar.
Nazir diqqəti Ermənistanın Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək siyasətinə yönəldib. Bildirib ki, miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlər bu vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışır. «1949-cu il dördüncü Cenevrə konvensiyası və əlavə protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir" deyən nazir qeyd edib ki, bu, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətindən irəli gəlir. Nazir həmçinin diqqəti insan hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq etməsinə yönəldib. Vurğulayıb ki, Avropa Məhkəməsi Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər.

21:00 / 24.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9256
Bu ay: 260719
Ümumi: 14395080
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın