/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Amanda Pol: «Ermənistanın havadarı Rusiyadır»

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan rəhbərliyi Cenevrə danışıqlarından dərhal sonra münaqişənin həllini əngəlləyən bəyanatlar verməyə və təmas xəttində yeni təxribatlar törətməyə başladı. Neçə illərin təcrübəsi sübut edir ki, rəsmi İrəvan xarici havadarları olmadan belə davranış sərgiləyə bilməz.
Müdriklər deyib ki, arxalı köpək qurd basar. Ermənistanın bütün həmsərhəd dövlətlərə torpaq iddiaları və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi məhz bu həqiqətə söykənir. Avropa siyasi Mərkəzinin Analitiki Amanda Pol Rusiyanı Ermənistanın ən böyük himayədarı adlandırıb. Ekspertlərin fikrincə, regionla həmsərhəd olan Rusiya Ermənistana hərtərəfli dəstək göstərməklə Dağlıq Qarabağ münaqişəsinin həlli açarını özündə saxlamağa çalışır.
Amanda Pol onu da bildirib ki, İrəvan Azərbaycanın hərbi poltensialını üstələməkdə ehtiyac duyur. Rusiya isə Ermənistanda hərbi bazasının olmasından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün tarazlı siyasətinin bir hissəsi kimi əsaslandırır. Bu kontekstdə müasir silahlar almaq üçün Moskvanın İrəvana 200 milyon dollar kredit verməsi barədə müqavilənin imzalanması və Cenevrə görüşü öncəsi həmin vəsaitin yarısının ayrılmasının təsdiqlənməsi təcavüzkara havadarlıqdan başqa bir şey deyil. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində vasitəçilik missiyası ilə heç cür uzlaşmır.
Dünən isə Serj Sərkisyan Rusiya-Ermənistan vahid ordu qruplaşması barədə ötən ilin noyabrında imzalanmış razılaşmanı təsdiqləyib. Belə reallıqlar İrəvanın destruktiv mövqedən geri çəkilməməsinin əsl mahiyyətini ortaya qoyur.

13:00 / 24.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 7074
Bu ay: 120294
Ümumi: 16434317
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın