/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

24 oktyabr - BMT günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. Bu il təşkilat özünün 72-ci ildönümünü qeyd edir. BMT-nin yaranması haqqında qanun 1945-ci ilin bu günündə qüvvəyə minib. Azərbaycan da müstəqillik əldə etdikdən sonra qurumun üzvü olub. Və xüsusilə Ermənistanın torpaqlarımıza qarşı işğalçılıq siyasəti ilə bağlı məhz bu təşkilat vasitəsilə dünya ölkələrinə səsini çatdırıb.
Azərbaycan 1991-ci ildə BMT-yə üzv olmaq üçün qurumun Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci ildə keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Azərbaycanın BMT-yə üzv qəbul olunması beynəlxalq birliyin diqqətinin Ermənistanın ölkəmizə qarşı təcavüzünə cəlb edilməsində mühüm rol oynadı. 1992-1993-cü illərdə Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirildi. 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edən milli lider Heydər Əliyev beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Elə BMT-nin son – 72-ci sessiyasında da Ermənistanın işğalçılıq siyasətinin nəticələri dünyaya elan olundu. Onu da deyək ki, Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik şurasının qeyri-daimi üzvü seçilib, 2012-ci ildə isə Təhlükəsizlik Şurasına sədrlik edib. Bu dövrdə, xüsusilə terrorizmlə beynəlxalq mübarizəyə böyük diqqət ayırılıb. Digər sahələrdə də Azərbaycan BMT-nin etibarlı tərəfdaşlarından, üzvlərindən biri hesab edilir.

13:00 / 24.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 22614
Bu ay: 127886
Ümumi: 14262247
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın