/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 78-ci iclası keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 78-ci iclası keçirilib. Azərbaycan tərəfinin təşkilatçılığı ilə baş tutan tədbirdə 8 ölkənin sərhəd xidmətləri genralları iştirak edib. İclasın yekununda 25 sənəd imzalanıb. Müstəqil Dövlətlər Birliyi İcrayə Komitəsinin rəhbərinin də qatıldığı iclasda bildirildi ki, birliyə üzv ölkələr arasında Sərhəd Qoşunlarının Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci iclasları da Azərbaycanda keçirilib. Ölkəmiz iclaslarda müşahidəçi qismində iştirak edib. Qeyd olundu ki, beynəlxalq terrorçuluğa, separatçılığa, transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin əsas şərtlərindən biri dövlət sərhədlərinin etibarlı mühafizəsidir. Qeyd edək ki, nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər də keçirilib. Qarşılıqlı marağ doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mehman Davudoğlu

21:00 / 19.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 615
Bu ay: 273126
Ümumi: 10802717
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın