
"AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləyən deputatlarımızdan biri səhvini etiraf edib". "Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan Müxalif Cümhuriyyət Xalq Partiyasının deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib. Bildirib ki, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb və Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara təqdim edib. Çavuşoğlu deyib ki, bunlar milli məsələlərdir. Türkiyənin məsələsində olduğu kimi Azərbaycanın məsələsinə də eyni həsasslığı göstərməyimiz vacibdir. Əgər iki qardaş ölkə arasında hansısa bir problem varsa, bunu öz aramızda danışıb həll etməliyik. Biz azərbaycana qarşı olan hər kəsi qınayırıq. Bu, belə olub və bundan sonra da belə olacaq". Deyə Mövlud Çavuşoğlu qeyd edib.
21:00 / 19.10.2017