
Milli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqdisadi əsaslarını yaratmış fenomen şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu fikir Azərbaycan Milli Kitabxanası və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə keçirdiyi , partiyanın yaranmasının 25 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masada səsləndirilib. Bildirilib ki, məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin əməyi, möhkəm siyasi iradəsi sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Qeyd olunub ki, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib. Müstəqilliyimizin əbədi , dönməz olmasında onun müstəsna xidmətləri var. Hazırda onun siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir-dəyirimi masada belə deyilib.
21:00 / 18.10.2017