
«Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır». Bu sözləri Bakıda rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfrasnıda deyib. Polşalı nazir vurğulayıb ki, Polşa üçün Azərbaycanla energetika,turizim və digər sahələrdə əməkdaşlıq vacibdir.
Polşanın xarici işlər naziri Vitold Vaşçikovskini Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşıladı. Nazirlər əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə müzakirələr apardılar. Görüşün yekununa dair mətbuata konfrasında xarici işlər naziri Elmar Məmmədyarov Polşa-Azərbaycan əlaqələrinin inkişafından danışdı. Bildirildi ki, iki ölkə arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də dərin və genişdir. Polşanın ərazilərmizin bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır.
Azərbaycan Polşa üçün çox əhəmiyyətli ölkədir. Avropanın şərqinin enerji təminatçısı olan Azərbaycanla əməkdaşlığımız bu baxımından önəmli olar. Bu sözləri isə Polşanın xarici işlər naziri Vitold Vaşçikovskini dedi.
Qeyd edək ki, Azərbaycan və Polşa arasında 41 sənəd imzalanıb.hazırda 10 sənəddə baxılma mərhələsindədir.
21:00 / 18.10.2017