/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

ATƏT sədrliyi Cenevrə görüşü ilə bağlı bəyanat yayıb

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutan görüşünün nəticəsi ilə bağlı bəyanat yayıb. Təşkilatıln bu dəfəki bəyanatı da əvvəlkilərtək ümumi sözlərdən ibarət olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə konkret addımların atılması üçün ciddi zəmin hazırlamır. ATƏT-in rəsmi saytında dərc olunmüş bəyanatda Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsindən, təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasından məmnunluq ifadə olunur. Qurumun sədrliyi danışıqlar prosesinin bərpasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacağına və cəhdlərin mərkəzində sülh planlaşdırılmasının duracağına ümid edir. ATƏT-in indiyədək verdiyi bəyanatlarla eyni mahiyyətə malik bu açıqlamanı münaqişənin həlli yönündə qənaətbəxş saymaq qeyri-mümkündür. Ümumi sözlərdən ibarət bəyanatı yaymaqla öz işini sanki bitmiş hesab edən ATƏT-in sədrliyi sülhə nail olunmasıüçün münaqişə tərəflərinin göstərdiyi səylərini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib. Ekspertlərin fikrincə, bu cür səthi bəyanatlardansa münaqişənin həlli üçün ATƏT bir təşkilat kimi təbliğ etdiyi prinsiplər çərçivəsində konkret addımlar atmalıdır. ATƏT-in Cenevrədəki görüşün nəticələri barədə bəyanatından hələliksə görünən budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllini Minsk qrupunun həmsədr dövlətlərinin ixtiyarına buraxmış qurum, nə onların səmərəsiz fəaliyyətini sərt tənqid etmək, nə də ki, özü fəallaşmaq niyyətindədir.

21:00 / 18.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4916
Bu ay: 88724
Ümumi: 17802895
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın