/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Müstəqillik aktının qəbul olunmasından 26 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci avqustun 30-da çağrılmış növbədənkənar ssesiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa etmək haqqında bəyənnamə qəbul edilir. Ali Sovetin həmin il oktyabrın 18-də keçirilən iclasında isə müstəqillik haqqında konstitusiya aktı səsverməyə çıxarılır və qəbul edilir. Həmin gündən 26 il ötür.
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsi xalqımızın siyasi tarixində xx əsrdə 2-ci parlaq qələbə idi. Amma bu illərdə ölkəmiz bir çox maneələrlə rastlaşdı. Müstəqillik elan olunandan sonra Ermənistanın ölkəmizə təcavüzü daha da genişləndi. Torpaqların 20 faizi işğal olundu. Azərbaycanın parçalanması təhlükəsi yarandı. 1993-cü ildə ulu öndər Heydər Əliyev dövlətə rəhbərliyi, müstəqilliyi qorumaq məsuliyyətini öz üzərinə götürdükdən sonra ölkəmizin həyatında dönüş yarandı.
Zamanla ölkəmiz dünya birliyində özünəməxsus yer tutdu. Müstəqil Azərbaycan bu illərdə böyük uğurlara imza atdı. Azərbaycan bu gün dün dünyanın humanitar beyin mərkəzinə çevrilib. Prezident İlham Əliyevin yeritdiyi uğurlu strateji siyasətin nəticəsidir ki, regionun inkişafında yeni iqtisadi modelı formalaşdıran ölkəmiz Avropa və Asiya arasında siyasi və ticari əlaqələrin genişləndirilməsində əsas rol oynayan enerji mərkəzlərindən birinə çevrilib. Qüdrətli ordusu güclü iqdisadiyyatı ilə dünyanın siyasi xəritəsində xüsusi yeri olan müstəqil Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarda dalğalanacağı gün də uzaqda deyil.
Mehman Davudoğlu

09:00 / 18.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 2130
Bu ay: 151871
Ümumi: 14286232
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın