/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Cenevrə görüşü pozitiv dinamika yaradacaqmı?

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutan görüşü müsbət dinamika ilə yadda qaldı. Hər halda, həmsədrlərin görüşlə bağlı yaydjığı bəyanat belə deməyə əsas verir. Vasitəçilərin yekun bəyantından da aydın olur ki, işğalçının destruktiv mövqeyinə rəğmən İrəvan da anlayır ki, sülh danışıqlarının davam etdirilməsi Ermənistan üçün indiki vəziyyətdə ən optimal variantdır.
Cenevrə görüşündə konkret nəticənin olmayacağı əvvəlcədən proqnozlaşdırılırdı. Ermənistanın aprel döyüşlərindən sonra danışıqlar masasına zor gücünə oturdulması nizamlama prosesinin ən mürəkkəb mərhələdə olduğunu deməyə əsas verir. Vasitəçilər də yaxşı anlayır ki, rəsmi Bakının münaqişə ilə bağlı mövqeyi kifayət qədər prinspial və qətidir – Azərbaycan prezidenti açıq şəkildə ən yüksək tribunalardan bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti uzun müddət davam edə bilməz. «Status-kvo»nun saxlanması münaqişənin daha təhlükəli fazaya keçməsi ilə nəticələnə bilər. Görünür, bu səbəbdən dövlət başçılarının görüşündə xarici işlər nazirlərinin tezliklə yenidən bir araya gəlməsilə bağlı razılıq əldə olunub.
Görüşdən sonra Ermənistan prezidentinin təxribat xarakerli açıqlaması isə əslində Cenevrə danışıqlarının İrəvan üçün o qədər də rahat keçmədiyini göstərir. Vasitəçilər təzyiq mexanizmini işə salmasalar da, təcavüzkarın dialoqa məcbur edilməsi özü artıq Ermənistanın diplomatik müstəvidə də uğursuzluğunu göstərir.
Yeri gəlmişkən, BMT–nin baş katibi ANTONİU QUttereş prezidentlərin Cenevrə görüşünü alqışlayıb. «BMT-nin baş katibi dövlət başçılarının danışıqar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılğa gəlmələrini dəstəkləyir», -baş katibin sözçüsü belə deyib.
Vasitəçilər isə uzun sürən fasilədən sonra baş tutan birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırdırlar.

13:00 / 17.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 6170
Bu ay: 134792
Ümumi: 14269153
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın