/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

ABŞ-ın Helsinki Komissiyası erməni lobbisinin xidmətində

Şriftin ölçüsü:  11px13px15px17px

Son iki həftfədə baş verən hadisələr qərbin bir sıra qurumlarının yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verdiyini sübut edir. Hələ AŞPA-da ölkəmizlə bağlı qəbul olunan qərəzli qətnamələrin mürəkkəbi qurumamış ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcəyini bildirib. Komissiyanın məlumatında ötən ilin aprelində münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilməklə yanaşı, münaqişəyə Rusiya, Türkiyə və İranın da da cəlb oluna biləcəyi deyilir. Tədbirdə Minsk qrupunun sabiq həmsədrləri Keri Kavano, Ceyms Uorlik və beynəlxalq böhran qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Sözügedən komissiya ATƏT ölkələrində Helsinki yekun aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını vurğulasa da, nədənsə həmin aktın 10 əsas prinsipinin əksərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması barədə hələ indiyədək bir bəyanat belə açıqlamayıb. Ekspertlər bunu komissiyanın sədrinin ifrat ermənipərəst mövqeyilə izah edirlər. Kristofer Smitin və onun rəhbərlik etdiyi komissiyanın ortaya atılması ilə bəzi Avropa qurumlarının ölkəmizə qarşı qərəzli yanaşma sərgiləməsilə eyni vaxta təsadüf etməsi də pis vərdiş halını alıb ki, bunun da arxasında hansı maraqların dayandığı artıq heç kimə sirr deyil. Məhz buna görə də Azərbaycan tərəfi kristofer smitin rəhbərlik etdiyi komissiyanın keçirəcəyi növbəti dinləmələrdən də heç bir pozitiv addım gözləmir. Adını Helsinki yekun aktıyla bağlayan komissiyanın əslində anti-demokratik fəaliyyətlə məşğul olması barədə isə vaşinqtonda ciddi düşünməyin vaxtı çoxdan çatıb.

21:00 / 16.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 6032
Bu ay: 134654
Ümumi: 14269015
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın