/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

AŞPA Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Şurasına üzv qəbul ediləndə Azərbaycan bu qurumun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllin yardımçı olacağına ümid bəsləyirdi. Lakin demokratik dəyərləri sıfır səviyyəsinə endirən təşkilat sifarişlə işləyən quruma çevrildiyindən bu ümidlərin reallaşacağıindi böyük sual altındadır. Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək qərəzli addımlar atmaqda davam edir. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, “Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər. Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcəkdir" - deyə XİN rəsmisi qeyd edib. Ekspertlər isə bildirirlər ki, Avropa Şurasının bəzi rəsmi dairələri qərəzli şəkildə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Təşkilatın böyük ümidlərlə quruma üzv olan Azərbaycanın 1 milyon qaçqınının hüquqlarını bir kənara atıb, erməni mövqeyindən çıxış etməsi isə onun ikili standartlar siyasəti yürütməsini bir daha sübut edir. Təəssüf ki, təşkilat dünya ölkələri arasında qabaqcıl, postsovet məkanında isə vətəndaş cəmiyyətinin özünün ən yüksək inkişaf səviyyəsinə çatdığı ölkələrdən biri olan Azərbaycanın nailiyyətlərini görmür. Əvəzində haqsızın tərəfində duraraq qərəzli mövqedən çıxış edir. Lakin Avropa Şurasının mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf yolunu davam etdirəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Avropa Şurasını tərk etsə, həyatımızda heç nə dəyişməyəcək. Biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq.

21:00 / 13.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 6381
Bu ay: 135003
Ümumi: 14269364
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın