/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Yeni otellərin tikintisi təmin ediləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şəraıt yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev I “Nazirlər Kabinetinin 2017 ci ilin doqquz ayının sosial -iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş” iclasında bildirib. Ölkədə turizm sektorunun inkişafı istiqamətdə aparılan işlər bu istiqamətdə geniş perspektivlərin oldugunu bir daha nümayiş etdirir. Azərbaycana gələn turistlərin sayı artmaqda davam edir. Ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 25 % artıb. 2016 cı ilin sentyabrı ilə müqayisədə bu il 7% artım müşahidə olunub. Turistlərin axını otellərin sayının artırılmasını da zəruri edir. Dövlət başçısı İlham Əliyev də “Nazirlər Kabinetinin 2017 ci ilin doqquz ayının sosial -iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş” iclasında məhz bu məsələyə diqqət çəkib. Prezident bildirib ki, yeni otelləruin tikintisi üçün özəl sektorlar bu sahəyə fəal investisiya qoymalıdırlar. Mədəniyyət və Turizm Nazirliyi isə ölkəyə turistlərin cəlbi üçün müxtəlif tədbirlər və festivallar keçirir. Və bunun nəticəsidir ki, şlkəmizə səfər edən turistlərin sayi ilbəıil artmaqadadır. Azərbaycanı ziyarət edənlərin cografiyası da genişdir. Daha çox ərəb ölkələri, İran və Rusiyadan turist axını artıb. Ölkədə turizm imkanları genişlənir. Hazırda Azərbaycanda 570-dən çox otel fəaliyyət göstərir. Artıq regionlarda, xüsusilə Qəbələ, Şəki, Quba, Qusar və cənub zonasında yetərincə müasir turizm infrastrukturu qurulub. Mütəxəssislər bildirirlər ki, Azərbaycanın dünyanın cəlbedici turizm mərkəzlərindn birinə çevrilməsi üçün turizm ölkələrinin praktikasından geniş istifadə edilməlidir. Sevindirici haldır ki, hazırda dünyanın turizm marşrutları siyahısında Azərbaycanın adına tez-tez rast gəlinir. MDB məkanında isə ölkəmiz istər qış və istərsə də yay turizm mərkəzi kimi öncül mövqe tutan dövlətlər arasındadır. Bununla yanaşı ölkədə turizmin il boyu daha da davamlı inkişafını təmin etmək vacibdir. Bu məqsədlə turizmin bir çox növ və istiqamətlərindən istifadə etməklə ölkəyə turist axınını artırmaq və xeyli gəlir əldə etmək mümkündür. Mütəxəssislər bildirirlər ki təkcə dövlət tərəfindən görülən tədbirlərlə iş bitmir. Ölkədə fəaliyyət göstərən özəl təşkilatlar da turizmin inkişafında fəal olamlıdırıar. Hazırda ölkədə 800-ə yaxın turizm şirkət fəaliyyət göstərir. Bu şirkətlər turist cəlbi üçün yeni martşurutlar. Yeni proqramlar tərtib etməlidirlər. Zümrüd İbrahimova

13:00 / 13.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 6206
Bu ay: 134828
Ümumi: 14269189
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın