/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

AŞPA-nın qərəzli qətnamələri Türkiyədə narahatlıqla qarşılanıb

Şriftin ölçüsü:  11px13px15px17px

AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsi qardaş Türkiyədə də narahatlıqla qarşılanıb. Türkiyə nümayəndəliyi Azərbaycana qarşı güclü və təsirli lobbi kimi formalaşan təşkilatın ikili standartlar siyasəti yürüdən bir quruma çevrildiyini bildirib. AŞPA-nın Azərbaycanla bağlı atdığı qərəzli addıma Türkiyə nümayəndə heyətinin rəhbəri talib küçükjan münasibət bildirərək, Azərbaycanla bağlı qəbul edilən məruzələrin qərəzli olduğunu, ölkədəki inkişafı özündə əks etdirmədiyini.
”AŞPA -da ikili yanaşma görürük. Bəzi ölkələr qorunur, onlarla bağlı müsbət məruzələr hazırlanır, bəziləri isə Azərbayjan kimi hüjuma məruz qalır. Azərbayjanla bağlı iki məruzə qəbul olundu. Türkiyə nümayəndəliyi olaraq hər iki məruzənin əleyhinə səs verdik. Anjaq təəssüf olsun ki, assambleyada Azərbayjana qarşı lobbi formalaşıb. Həm də güjlü və təsirli lobbi. Parisdə qurumun komitə ijlasında baxılan məruzə çox müsbət və yaxşı məruzə idi. Görülmüş işlərdən bəhs edilir, görüləjək işlərə toxunulurdu. Anjaq təəssüf olsun ki, AŞPA -dakı səsverməyə qədər arxasında erməni lobbisi dayanan bir qrup tərəfindən edilən düzəlişlərlə həmin məruzə tamamilə dəyişdirildi və azərbayjan əleyhinə çevrildi. Bu, qəbuledilməzdir”, - deyə Küçükjan bildirib.

13:00 / 13.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 3877
Bu ay: 238782
Ümumi: 14373143
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın