/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan AŞ PA-nın qəbul etdiyi qərəzli sənədlərlə işləməyəcək

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan AŞ PA-nın payız sessiyasında qəbul edilən qərəzli sənədlərlə işləməyəcək. Ölkəmizin qurumdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib. Bu gün həmçinin assambleyadakı qərəzli deputatlarının qanuzidd əməlləri ifşa edilib. Azərbaycan nümayəndə heyəti haqlı olaraq, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edən bəzi aş pa parlamentarilərinə qarşı radikal addımlar atılmasını tələb edir. Payız sessıyasında Azərbaycanın AŞPA - dakı nümayəndə heyətının rəhbərı Səməd Seyıdov təşkılatın Azərbaycanla bağlı qeyrı-obyektıv və ıkılı standartlar sıyasətı yürütməsınə sərt münasıbət bıldırıb. Qeyl edib ki, ki, “Təşkılatın baş katıbı son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eynı və obyektıv münasıbət göstərmək əvəzınə, yalnız bır ölkənın adını çəkır. O, Azərbaycana qarşı ıttıhamlar ırəlı sürən deputatları ermənılərlə bırgə ışləməkdə ittiham edib. Qeyd edib ki, bu mövqedən çıxış edən deputatlar açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar. "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq". Səməd Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa şurası, aşpa Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın şərqlə qərbi birləşdirən fəlsəfəsi olmadan aşpa özü də yaşaya bilməz. Azərbaycan nümayəndə heyətinin rəhbəri sessiyada qəbul olunan məruzələri AŞPA-ya utanc gətirən sənəd kim qiymətləndirib. Xüsusilə insan haqları komitəsi adından qəbul olunmuş “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədə gəlincə, Səməd Seyidov deyib ki, məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Və Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”.

21:00 / 11.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 46
Bu gün: 8519
Bu ay: 298504
Ümumi: 14432865
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın