/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan nümayəndə heyəti AŞ PA-dakı qərəzli qüvvələri ifşa etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Şurası Parlament Assambleyasının qərəzli deputatlarının qanuzidd əməlləri qurumun payız sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən ifşa edilib. Azərbaycan nümayəndə heyəti haqlı olaraq, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edən bəzi aş pa parlamentarilərinə qarşı radikal addımlar atılmasını tələb edir. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov payız sessiyasında “Parlament Assambleyası üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığının möhkəmləndirilməsinə dəstək” adlı qətnamə ilə bağlı müzakirələrdə çıxışı zamanı müəyyən qüvvələrin təsiri ilə ölkəimzə qarşı daim qərəzli mövqe tutan bir neçə deputatın adını açıq söyəlib. Bildirib ki, vaxtilə Avropa Şurasının üzvü olmuş və Azərbaycana zidd fəaliyyətləri ilə seçilmiş bir sıra deputat Avropa Şurasının, demokratiyanın tələblərinə deyil, ayrı-ayrı qrupların məxfi maraqlarına xidmət edir. “Avropa Şurasında 600-dən artıq deputat fəaliyyət göstərir. Ölkələrində əhalinin əksəriyyətinin tanımadığı bir neçə deputatı Azərbaycanda əhali daha yaxşı tanıyır. Çünki daim Azərbaycan mövzusunda çıxış edirlər. Həmişə Azərbaycana qarşı kəskin tənqidi fikirlər söyləyirlər. Demokratik dəyərlərə bu qədər önəm verirlərmi? Təəssüf ki, yox. Bu insanlar həqiqətən Azərbaycanın həll olunmalı problemlərindən narahat olsaydılar, Azərbaycan vətəndaşlarının daha gözəl bir cəmiyyətdə yaşamasını səmimiyyətlə arzu etsəydilər, həqiqi demokrat olsaydılar, heç olmazsa, bir dəfə Azərbaycanın ən ağrılı problemindən, ölkənin işğala məruz qalmasından bəhs edərdilər». Deyən millət vəkili qeyd edib ki, təəssüf ki, bu qərəzli deputalar heç vaxt bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olmasından danışmayıblar, bu haqda gedən müzakirələrə qoşulmayıblar. Azərbaycanla bağlı müsbət fikir dilə gətirməyiblər. O, ədalətsiz, qərəzkar, asanlıqla qaraya ağ, ağa qara deməyə vərdiş edən bu qəbil deputatların assambleyada qruplar, dəstələr halında birləşdiyini qeyd edib. Bildirib ki, belə deputatlar assambleyada ayrı-ayrı qruplar şəklində varsa, bu daha təhlükəli, təşkilatın adına, nüfuzuna, prinsiplərinə zərbədir. Bu mənada Azərbaycan nümayəndə heyəti hesab edir ki, Avropa Şurasını bir siyasi və insani bəla olan bu mütəşəkkil riyakarlıqdan xilas etmək üçün radikal addımlar atılmalıdır.

13:00 / 11.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 9255
Bu ay: 260718
Ümumi: 14395079
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın