
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu UNESKO-nun baş direktoru postu uğrunda mübarizəni dayandırmağa qərar verib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, UNESKO-nun icraiyyə komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Azərbaycanın namizədliyi böyük diqqət və dəstəklə qarşılanıb. Lakin qələbə üçün lazım olan 30 səs uğrunda Azərbaycanla yanaşı Çin, Fransa, Misir kimi iri, ümumilikdə isə 8 dövlətin iştirakı ilə aparılan yüksək rəqabətli mübarizə zamanı Azərbaycanın namizədi lazım olan səsi toplaya bilməyib. «Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım.» deyə Polad Bülboğlu açıqlamasında qeyd edib. Onu da bildirək ki, Parisdə baş tutan UNESKO-nun baş direktoru postuna seçkilərin ikinci turu da nəticə verməyib. Yeni rəhbərin adı isə oktyabrın 13-dək məlum olacaq.
09:00 / 11.10.2017