/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ağbirçək və fəal qadınlar YAP-ın yaradılmasının 25 illiyini qeyd etdilər

Şriftin ölçüsü:  11px13px15px17px

Nəsimi rayon icra hakimiyyətinin, rayon ağbirçək və fəal qadınlar şurasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və müstəqillik gününə həsr olunan mərasim keçirilib. Tədbirdə ziyalılar, veternalar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Nəsimi rayon Ağbirçək və Fəal Qadınlar Şurasının sədri Zərifə Quliyeva bildirdi ki, müstəqilliyin əldə olunması və saxlanılması olduqca çətindir. Qeyd etdi ki, o zaman ulu öndər Heydər Əliyev iqdisadi inkişaf, sülh, rifah prinsiplərinə sadiq qalan partiyanı yaratmaqla ölkədə demokratiyanın təməlini qoyub. Zərifə Quliyeva vurğuladı ki, dahi şəxsiyyət Heydər Əliyev hər zaman demokratiya tərəfdarı olub, insanların milli təfəkkürünün formalaşmasında bəşəri dəyərlərin təsirini yüksək qiymətləndirib. Qeyd etdi ki, bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Hər bir sahədə inkişaf surətlənib, sosial-iqdisadi islahatların miyası genişlənib. Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev fondunun rəhbəri kimi dövlət uşaq siyasətinə, gənclərə, idman, mədəniyyət və digər sahələrə verdiyi töhfələr diqqətə çatdırıldı. Birininci xanımın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsinin dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisə olduğu vurğulandı.

Mehman Davudoğlu

21:00 / 10.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 22632
Bu ay: 127904
Ümumi: 14262265
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın