/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin əməli pisləndi

Şriftin ölçüsü:  11px13px15px17px

“Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslər Türkiyənin rəsmi mövqeyini ifadə etmək səlahiyyətində olan şəxslər deyil. Onlar fərdi olaraq ora gediblər. Bizim rəsmi mövqeyimiz də bəllidir”. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral belə deyib. Bildirib ki, belə səfərlər münaqişənin həll prosesinə zərər verir. Və rəsmi Ankara bu davranışları pisləyir. Yeri gəlmişkən, işğal altındakı ərazilərə səfər edən şəsxlərin adı artıq Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınıb.
Bu arada, Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Miçiqan ştatının senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnaməni də pisləyib. Nazirlikdən bildirilib ki, bu qərar Birləşmiş Ştatların rəsmi mövqeyi hesab oluna biliməz. Çünki ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. Və ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

21:00 / 29.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 4552
Bu ay: 88360
Ümumi: 17802531
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın