/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Putinlə Ərdoğan arasında danışıqlar 2 saata yaxın davam etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar 2 saata yaxın davam edib. Iki tərəfli görüşdə müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlər, Suriya və ən əsası İraq Kürd Muxtariyyətində keçirilən refrendum olub.
Danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin keçirdikləri əməliyyatların əlaqələndirilməsi, İraqın Kürd Muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı əvvəlcədən açıqlanmışdı. Tərəflər həmçinin “Türk axını” qaz kəməri və “Akkuyu” atom elektirik stansiyasının tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərin müzakirə ediblər. Daha sonra hər iki dövlət başçısı mətbuat qarşısında çıxış edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriya münaqişəsinin nizamlanması ilə məşğul olan Astana prosesindən razıdır. Ərdoğan qeyd edib ki, prezidentlər görüş zamanı Astana prosesi, Suriya münaqişəsi, de-eskalasiya zonaları və etimadın gücləndirilməsi istiqamətində atılan səylər üzərində diqqəti cəmləşdirmək barədə danışıblar. O, həmçinin Şimali İraqda Kürd Muxtariyyətinin keçirdiyi referendumdan sonra birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Rusiya prezidenti Vladimir Putin isə Suriya ilə bağlı əldə olunan razılaşmaları ümumi uğur adlandırıb.
İraqın Kürd Muxtariyyatında keçirilən referenduma toxunan Vladimir Putin ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi bütövlüyünün toxunulmazlığını xüsusi qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə bundan sonra da həm xin, həm də hərbi qurumların xətti ilə koordinasiyanı davam etdirməlidir. Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artdığını da vurğulayıb. Dövlət başçıları görüşdə həmçinin kənd təsərrüfatı məsələlərini, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracını da müzakirə ediblər. Bununla bağlı isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, müvafiq nazirliklərin nümayəndələri daim təmasdadır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq.
Görüş daha sonra geniş tərkibdə davam edib. Rusiya tərəfini danışıqlarda xin rəhbəri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi, energetika naziri, baş qərargah rəisi və digər rəsmilər təmsil edib. Türkiyə nümayəndə heyətinin tərkibində baş qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Mehmet Şimşək, xin rəhbəri Mövlud Çavuşoğlu ilə yanaşı digər nazirlik nümayəndələri yer alıb.

09:00 / 29.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 5205
Bu ay: 89013
Ümumi: 17803184
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın