/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

«Təkər üzərində cəhənnəm» silahları Ermənistanı vahiməyə saldı

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemləri və «Rm-70» “Vampir” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi ermənistanda rezonans yaradıb. Bu da səbəbsiz deyil. Eskpertlər bunu həm hərbi, həm də siyasi cəhətdən ermənistan üçün zərbə hesab edirlər.
Təkərlər üzərində cəhənnəm adlanan «Dana» özüyeriyən artilleriya sistemi və rm-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri.
Dağıdıcı gücə malikdir. Bu silahlara malik olmaqla Azərbaycan ordusu potensialını daha da gücləndirib. Ötən gün hərbi təlimlərdə bu silahların nümayiş etdirilməsi ermənistanı vahiməyə salıb. Erməni mətbuatı Çexiya silahlarının Azərbaycana necə gəlib çıxdığını araşdırmaq üçün rəsmi Praqaya sorğu göndərib. Çexiyanın Xarici İşlər Nazirliyindən isə silah ixracına dair informasiyaların mətbuatda dərc edilmədiyini bildiriblər. Ermənistanı bu qədər narahat edən nədir? Və Çexiya ilə hərbi əməkdaşlıq işğalçı ölkəni niyə vahiməyə salıb? Ekspertlər bunu Avropa İttifaqı faktoru ilə əlaqələndirirlər. Yəni, əsas məsələ Çexiyanın ittifaq üzvü olmasıdır.
Hərbi ekspertlər isə hesab edir ki, «Dana» özüyeriyən artilleriya sistemlərinin zərbələri düşmənə sözün həqiqi mənasında cəhənnəm əzabı yaşada bilər. Və qarşı tərəf bu silahların gücünə yaxşı bələddir. Rm-70 “Vampir” sistemləri isə Sovet istehsalı olan əfsanəvi “Qrad” reaktiv-yaylım atəşi sistemlərinin çex versiyasıdır. İmkanlar baxımından qrad-lardan daha üstündür. Yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanlarına malikdir. Sürətlə atəş mövqeyinə çıxaraq düşmən mövqelərinə təxminən 3-4 dəqiqə ərzində 80 raket yağdıra və çevik şəkildə mövqeyini tərk edib cavab zərbəsindən yayına bilər.

13:00 / 20.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 7876
Bu ay: 121096
Ümumi: 16435119
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın