
Müdafiə naziri Zakir Həsənov İsrail dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv Şəhərinə yola düşüb. Rəsmi səfər çərçivəsində Azərbaycan müdafiə naziri İsrailin müdafiə naziri ilə görüşəcək. Zakir Həsənov həmçinin İsrailin silahlı qüvvələrin komanda və idarəetmə mərkəzi, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrində olacaq.
11:00 / 11.09.2017