/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası

Şriftin ölçüsü:  11px13px15px17px

«BBS News » və «Quardian» qəzetində sentyabrın 5-də dərc edilən qərəzli məlumatların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır». Azərbaycan respublikası prezidentinin mətbuat xidmətinin məlumatında belə deyilir. Bildirilir ki, nə Azərbaycan Respublikasının prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. 2017-ci il sentyabrın 4-də mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar prezidentin mətbuat xidməti bildirir ki, dövlət başçısını və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassız və qərəzlidir. Təxribat xarakteri daşıyır. «Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir», - məlumatda belə deyilir. Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə münasibət bildirib. Qeyd edib ki, belə qarayaxma kampaniyası əvvəlki dövrlərdə də müşahidə olunub, laikn heç bir nəticəsi olmayıb. Bu cür qərəzli məlumatların yayılmasında başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır.

21:00 / 05.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1398
Bu ay: 164673
Ümumi: 18362833
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın