/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Müharibə başlasa, Ermənistan ordusunda vuruşmağa əsgər tapılmayacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan ordusundakı əsgərlərin əksəriyyəti sırf öz zabitlərini öldürmək üçün Dağlıq Qarabağ müharibəsinin başlamasını istəyirlər. Səbəb isə Ermənistan ordusunda səngimək bilməyən özbaşınalıqdır. Erməni hərbçilər etiraf edir ki, vəziyyət belə davam edərsə, müharibədə savaşmağa əsgər tapılmayacaq.
Vaxtilə Ermənistan ordusunda hərbi xidmət keçmiş David Arianın sözlərinə görə, şəxsi heyət daxilində artıq elə ab-hava formalaşıb ki, Dağlıq Qarabağ müharibəsi yenidən başlayarsa erməni əsgərləri əvvəlcə geri dönüb öz zabitlərini güllələyəcək. Buna səbəb zabitlərin əsgərlərə qarşı alçaldıcı hərəkət və təhqirləridir. Arianın sözlərinə görə, xidmət zamanı “Çyolka” ləqəbli polkovnik-leytenant Ararat Melkumyan əsgərləri döyür, onları yanına çağıraraq kəmərin dəmir hissəsi ilə başlarına vururdu. Hətta bir dəfə onu da ayağından vurduğunu və üç gün yataqda qaldığını deyən Arian bildrib ki, belə alçaldıcı hərəkətlər və göstərilən təzyiqlərə görə çox sayda əsgər damarlarını kəsərək intihara cəhd edib. Hərbi hissələrdəki zorakılıqdan usanaraq başı ilə tibb məntəqəsinin pəncərəsini qırıb özünü aşağı atanlar da olub.
Arian bildirib ki, artıq Ermənistan ordusundakı özbaşınalıq və zabitlərin təzyiqi nəticəsində intihar edən erməni əsgərlərin sayı cəbhədə ölənlərdən çoxdur. Vəziyyət o həddə çatıb ki, övladlarının daha bir ay xəstəxanada qalması üçün öz əmlaklarını satan və ya kredit götürən xeyli sayda ailə var. Orduda tibbi vəziyyət bərbad vəziyyətdədir, hətta ən cüzi xəstəliklərə qarşı dərman preparatları tapılmır.
Erməni hərbçilər bildirir ki, bütün bu neqativ halların fonunda Dağlıq Qarabağda müharibə yenidən başlasa, Ermənistan ordusunda vuruşmağa əsgər tapılmayacaq. Yeri gəlmişkən, bu ilin yanvarına olan statistik məlumatlara görə, işğalçı ölkədə 10 min 741 gənc hərbi xidmətdən yayınıb. Ordudakı özbaşınalıqlardan agah olan valideynlər övladlarını hərbi xidmətə göndərməkdən ehtiyat edirlər.

13:00 / 01.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 14230
Bu ay: 43168
Ümumi: 17263621
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın