/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan işğal siyasətilə Avropa düzənini də pozur

Şriftin ölçüsü:  11px13px15px17px

Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti budapeştdə şərq tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin toplantısında müzakirə olunub. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır. Və bu, münaqişənin siyasi həllində əsas maneədir. Viseqrad qrupu və şərq tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Budapeştdə keçirilən görüşündə Elmar Məmmədyarov bildirib ki, bu gün altı şərq tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, həmçinin münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri Avropa düzənini də pozur. Elmar Məmmədyarovun sözlərinə görə, Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib. Və artıq üçüncü onillikdir ki, Ermənistan şərq tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir. Ermənistan rəhbərliyi isə destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ötən gün yeni amerikalı həmsədr Endryu Şefferin prezidentlərin görüşünün təşkili ilə bağlı bəyanatından dərhal sonra Ermənistan rəsmiləri yenə destruktiv açıqlamalar veriblər. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan ötən gün absurd iddialar səsləndirərək guya Azərbaycanın həmsədr ölkələrin irəli sürdüyü prinsiplərdən imtina etdiyini bildirib. Rəsmi Bakı isə Ermənistan xarici işlər nazirinin cəfəng açıqlamasını əsassız söz oyunu kimi qiymətləndirir. Qeyd edək ki, yeni fəaliyyətə başlayan amerikalı həmsədr Endryu Şeffer ilk müsahibəsində yaxın vaxtlarda prezidentlər arasında görüşün keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçılarının görüşü ilə bağlı detallar isə sentyabrda xarici işlər nazirləri arasında baş tutacaq görüşdə diqqət mərkəzində olacaq. Erməni tərəfi isə bu görüş ərəfəsində dezinformasiyalar yaymaqda davam edir. Düşmən ölkə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atət-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması ididasını irəli sürüb. Rəsmi Bakı isə bəyan edib ki, bu, sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır. Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir.

19:00 / 31.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 11379
Bu ay: 11379
Ümumi: 17231832
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın