/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Erməni hərbçilər aclıqdan gileylənir

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan ordusunda neqativ hallar daha qlobal miqyas alıb. Burada xidmət etmiş keçmiş hərbiçilər də artıq susmaq istəmirlər. Hökumət isə məsələnin həllini ancaq istefalarda görür. Məlumata görə, Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında isə “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb. Sorğuda əldə olunan nəticələr isə işğalçı ordudakı bərbad vəziyyəti bir daha ortaya çıxarıb. Belə ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə və döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur. Bütün bu çatışmazlıqlar orduda fəraralik və intihar hallarını daha da artırır. Respondentlər yaranmsış vəziyyətdən xilas yolu kimi hərbi hissələrdə psixoloqların mövcudluğuna ehtiyac duyulduğunu bildiriblər. Sonuncu fakt həm də onu göstərir ki, erməni gənclər hərbi xidmət zamanı tək problemlər heç də qida və texnika deyil. İşğalçı orduda ciddi psixoloji problemlər mövcuddur və bunu keçmiş qulluqçular da etiraf edir. Bu faktın özü də göstərir ki, rəsmi İrəvanın müxtəlif hərbi bloklara qoşularaq ölkəsinin təhlükəsizliyini təmin etmə cəhdlərinin arxasında məhz öz ordusuna inamsızlıq dayanır. Ermənistan Müdafiə Nazirliyində tez-tez struktur dəyişikliklərinin aparılmasını da bununla izah etmək olar. Xəbər verilir ki, dünən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir müdət əvvəl Ermənistanda zabitlər ölkəni tərk etmək niyyətində olduqlarını açıqlayıblar. Onlar bu addımı müddətdən artıq hərbi xidmətlə bağlı cərimə məbləğinin artırılmasına etiraz olaraq atıblar. Erməni mətbuatı yazır ki, zabitlərin narazılığına səbəb olan bu təklifin müəllifi də ötən gün istefaya göndərilən nazir müavini Ara Nazaryandır. Təklifin əks effekt doğurduğunu görən Sərkisyan Nazarynı istefaya göndərməyə qərar verib.

13:00 / 30.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 172
Bu ay: 29110
Ümumi: 17249563
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın