/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Sərkisyan Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığını bildirib

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən həftə Ermənistan və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb. İşğalçı ölkənin rəhbəri Serj Sarkisyan erməni gənclərlə görüşündə belə deyib. “Biz, ümumiyyətlə, Qarabağ problemi barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq hazırda təmas xəttində mövcud vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Bu qədər», - deyə Sarkisyan bildirib.
O, sabiq amerikalı həmsədr Riçard Hoqlandın Qarabağla bağlı açıqlamasına da münasibət bildirib. Qeyd edib ki, “Hoqland postunu tərk edir və o, rəsmi şəxs kimi deyil, öz mövqeyini sərbəst şəkildə ifadə etmək istəyib. Hoqlandın fikirlərinə gəldikdə isə Sərkisyan düşünür ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib. Bu müddəalar 10 ildən çoxdur ki, irəli sürülüb. Bu cür bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən söz, vergül də vacib əhəmiyyət daşıyır.

13:00 / 29.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 10550
Bu ay: 10550
Ümumi: 17231003
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın