/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rəsmi Bakı substantiv danışıqlara başlamağa hazırdır

Şriftin ölçüsü:  11px13px15px17px

Amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair açıqladığı son prinsiplər geniş müzakirəyə səbəb olub. Rəsmi Bakı hesab edir ki, Ermənistan tərəfi bu prinsipləri bul edirsə, onda substantiv danışıqlara başlamaq lazımdır. ABŞ erməniləri isə işğalçı ölkə rəsmilərindən fərqli olaraq amerikalı vasitəçinin son açıqlamasını hiddətlə qarşılayıb. Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsilə bağlı açqıladığı son prinsiplərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov münasibət bildirib. Nazir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki yekun aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb. Bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoaqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Elmar Məmmədyvarovun sözlərinə görə, Ermənistan tərəfi bu prinsipləri qəbul edirsə, onda substantiv danışıqlara başlamaq lazımdır. Və münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı da faydalana biləcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində qəbuledilməz hesab olunan «status-kvo»nun dəyişdirilməsi, münaqişənin tezliklə həlli və regionda davamlı sülhün təmin olunması üçün ciddi danışıqlara hazırdır. Bu arada, ABŞ erməniləri Riçard Hoqlandın açqıladığı son prinsipləri hiddətlə qarşılayıb. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan cəmiyyətdəki ajiotajı azaltmaq məqsədilə bu prinsiplərdə «yeni heç nə olmadığını» iddia etsə də reallığı gizlətmək mümkün deyil. Birləşmiş Ştatlardakı Erməni Milli Komitəsi Hoqlandın bəyanatını pisləyərək onun açıqladığı prinsipləri “tamamilə qəbuledilməz və iflasa məhkum” adlandırıb. Komitə bildirir ki, ABŞ administrasiyası Dağlıq Qarabağın “məhv edilməsi üçün” daha bir düşüncəsiz resept irəli sürüb. ABŞ erməniləri bu bəyanatın Dağlıq Qarabağ erməniləri üçün yeni risklər yaradacağından narahatdır. Xatırladaq ki, Riçard Hoqland münaqişənin əsas prinsiplərindən biri kimi işğal altındakı rayonların qaytarılmasını bu rayonlar üzərində Azərbaycanın suverenliyinin bərpasını vurğulayıb.

19:00 / 25.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 641
Bu ay: 163916
Ümumi: 18362076
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın