/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Riçard Hoqlandın açıqladığı son prinsiplər erməniləri hiddətləndirib

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair açıqladığı son prinsiplər erməniləri hiddətləndirib. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan cəmiyyətdəki ajiotajı azaltmaq məqsədilə bu prinsiplərdə «yeni heç nə olmadığını» iddia etsə də reallığı gizlətmək mümkün deyil. Birləşmiş Ştatlardakı Erməni Milli Komitəsi Hoqlandın bəyanatını pisləyərək onun açıqladığı prinsipləri “tamamilə qəbuledilməz və iflasa məhkum” adlandırıb. Komitə bildirir ki, ABŞ administrasiyası Dağlıq Qarabağın “məhv edilməsi üçün” daha bir düşüncəsiz resept irəli sürüb. ABŞ erməniləri bu bəyanatın Dağlıq Qarabağ erməniləri üçün yeni risklər yaradacağından narahatdır.
Xatırladaq ki, Riçard Hoqland münaqişənin əsas prinsiplərindən biri kimi işğal altındakı rayonların qaytarılmasını bu rayonlar üzərində Azərbaycanın suverenliyinin bərpasını vurğulayıb.

13:00 / 25.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 11322
Bu ay: 11322
Ümumi: 17231775
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın