/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Dövlət başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Dövdlət başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verildi. Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” k-1 döyüş başlıqlı pilotsuz uçuş aparatı, “Kobra” döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik “Lahat” sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.
Sonra prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış oldu. Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan gəminin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

19:00 / 24.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 1339
Bu ay: 164614
Ümumi: 18362774
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın