/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Düşmən cəbhədəki uğursuzluqlarının əvəzini virtual məkanda çıxmağa çalışır

Şriftin ölçüsü:  11px13px15px17px

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır Azərbaycan Müdafiə Nazirliyindən «Lider» televiziyasına bildirilib ki, bütün bunlar erməni xüsusi xidmət orqanları və “əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə hazırlanmış əsassız kağız parçasıdır. Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə savadsız və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir. Qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqla hazırlanmış məktubun Müdafiə Nazirliyində mövcud olan daxili yazışmalara və kargüzarlığa ümumiyyətlə, uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır. Məktubdakı absurd iddialardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsidir. Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib. 1 il sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması isə blefdən başqa bir şey deyil. Döyüşlər zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər. Düşmənin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq atılmış növbəti uğursuz bir addımdır. Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, sosial şəbəkələrdə saxta ip ilə qeydiyyatdan keçərək, azərbaycanlı bloqer adı altında uğursuzluqlarının əvəzini çıxmağa çalışır. Müdafiə Nazirliyi bu dezinformasiyaların Azərbaycan mətbuatı tərəfindən yayılmasını, sosial şəbəkələrdə müzakirəsini yolverilməz hesab edir. Düşmən maraqlarına xidmət etdiyindən nazirlik KİV-ləri və ictimaiyyəti belə təbliğata uymamağa çağırır.

19:00 / 18.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 21592
Bu ay: 464435
Ümumi: 13288733
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın