
“20-ci əsrdə transmilli erməni terrorunun tarixi” kitabının məllifi, rusiyalı tarixçi Oleq Kuznetsov ermənilərin iddiası əsasında İstintaq Komitəsində dindirilsə də, monoqrafiya ekstremist material hesab oluna bilməz. Kuznetsov «Lider» televiziyasına müsahibəsində bildirib ki, Rusiya Ali Məhkəməsinin plenum qərarı buna imkan vermir.
Rusiya qanunvericiliyinə uyğun olaraq Oleq Kuznetsovun müəllifi olduğu «20-ci əsrdə transmilli erməni terrorunun tarixi» kitabında milli zəmində nifrətə təhrikin və bunun cinayət tərkibinin olması mümkün deyil. Prinsipcə, bu barədə nə şikayət ərizəsi qəbul oluna bilər, nə istintaq orqanı şikayət ərizəsini qəbul edə, nə də məhkəmə qərar çıxara bilər. Oleq Kuznetsov hesab edir ki, səriştəsiz erməni hüquqşünas Ruben Kirakosyan və onun dostları İstintaq Komitəsinin rəhbərinin qəbuluna düşməkdən istifadə edib və qanunun əksinə getməyə qərar veriblər.
Rusiyalı tarixçi deyir ki, ermənilərin monoqrafiya barəsində şikayət ərizəsi verməsinin qanuna zidd olduğunu dindirilmə zamanı müstəntiq də təsdiqləyib. Kuznetsov bunun arxasında siyasi sifarişlə yanaşı, maddi maraqların da durduğunu istisna etmir.
Bununla belə, Kuznetsov bildirib ki, dindirilmə zamanı müstəntiq onun barəsində cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar hazırlayacağını söyləyib.
19:00 / 17.08.2017