/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan Azərbaycana qarşı rus silahından istifadə edə bilməyəcək

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan Rusiya silahlarından Azərbaycana qarşı istifadə edə bilməyəcək. Bu açıqlamanı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi “Qarabağ saatı”nda səsləndirib. Bildirib ki, əslində işğalçı ölkənin son vaxtlar qərbyönümlü siyasət yürütməsi də hərbi sazişdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlıdır. Politoloq Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə də toxunub. Siyasi ekspert hesab edir ki, Rusiyayla Ermənistan arasındakı qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında sazişin təsdiqlənməsindən sonra İrəvanın apardığı xarici siyasət Moskvanı qane etmir. Erməni ordusu Gürcüstanda NATO təlimlərinə qatılmaqla yanaşı, Vaşinqtonun yenidən formalaşdırılan Dövlət Departamenti ilə də yaxın münasibətlər qurmaq niyyətindədir. Mübariz Əhmədoğlu hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin 2013-cü ildə imzalanmış hərbi sazişin gizli şərtinin belə bir vaxtda ortaya çıxarması da Ermənistan üçün xəbərdarlıq mahiyyəti daşıyırdı. Münaqişənin həlli prosesinə də toxunan ekspert hesab edir ki, hazırkı şəraitdə Minsk qrupu formatı nizamlanma prosesini ləngidir. Bu səbəbdən də danışıqlar prosesində əvvəllər də müəyyən irəliləyişlərə səbəb olan alternativ formatlardan istifadə etmək mümkündür. Cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində düşmənin təxribatlarını intensivləşdirməsinə də münasibət bildirən Mübariz Əhmədoğlu hesab edir ki, düşmən bu yolla rəsmi Bakını təxribata çəkmək və sentyabrda baş tutacaq xarici işlər nazirlərinin Nyu-York görüşünə qədər «status-kvo»nun saxlanmasına hesablanan yeni bəhanələr tapmaq niyyəti güdür.

19:00 / 15.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 11662
Bu ay: 415102
Ümumi: 19871999
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın