/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Münaqişənin həllinin gecikməsi Ermənistanı daha pis vəziyyətə salacaq

Şriftin ölçüsü:  11px13px15px17px

«Dağlıq Qarabağ münaqişəssinin həllinin gecikməsi Ermənistanı daha pis vəziyyətə salacaq. Ölkədə sosial və maliyyə böhranı daha da artacaq». Müxalif İRS partiyasının liderlərindən biri - Suzanna Muradyan belə bəyanatla çıxış edib. Bildirib ki, Ermənistanda mövcud böhranın başlıca səbəbkarı ölkə prezidenti Serj Sərkisyandır. Muradyan ölkənin böhran həddində olduğunu, miqrasiyanın və xarici borcun fəlakət dərəcəsinə çatdığını qeyd edib. Onun sözlərinə görə, sadalanan faktlar da göstərir ki, Serj Sərksiyanın hakimiyyətdə qalması ölkə üçün milli təhdidə çevrilib. Amma müxalifətin buna dözmək fikri yoxdur. Narazı kütlə sentyabrdan küçə mübarizəsini gücləndirməyə qərar verib. Bu arada, işğalçı ölkənin Dövlət Statistika Komitəsi Sərkisyanın hakimiyyətdə olduğu son 9 il ərzində ölkə əhalisinin 250 min nəfər azaldığını açıqlayıb. Bu isə təxminən hər il 28 min nəfərlik azalma deməkdir. Erməni müxalifəti demoqrafik fəlakətə görə ölkə başçısını günahkar hesab edir.

19:00 / 14.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 475
Bu ay: 415704
Ümumi: 17185037
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın