/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

“Dəniz kuboku 2017”-nin qalibləri məlum olub

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda avqustun 1-dən start götürən “Dəniz kuboku 2017” hərbi yarışları yekunlaşıb. Müsabiqədə iki komanda eyni xalla birinci yerdə qərarlaşıb.
“Dəniz kuboku 2017” “Beynəlxalq ordu oyunları 2017” yarışları çərçivəsində keçirildi. Müsabiqədə komandalar 3 mərhələdə mübarizə apardılar: artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə , xilasetmə və dəniz hazırlığı üzrə. Sonda birincilik Azərbaycan və Rusiya hərbi dəniz qüvvələrinin komandalarına nəsib oldu. İkinci yerə İran, 3-cü yerə isə Qazaxıstan dənizçiləri çıxdı.
Dənizçilərimiz iyulun 29-dan avqustun 12-dək 5 ölkədə keçiriləcək tank biatlonu, səhra mətbəxi, snayper həddi, artilleriya atəşinin ustaları müsabiqələrində də iştirak edir. Müsabiqənin növbəti mərhələsinin hansı ölkədə keçiriləcəyi dekabrın 10-da məlum olacaq. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində yarışların bağlanış mərasimi də baş tutdu. Əvvəlcə qonaqlara müsqbiqənin yekunları haqda məlumat verildi. Daha sonra iştirakçılar dəvət edilərək onlara medal və sertifikatlar təqdim edildi.
Aysel Nəbiyeva

13:00 / 11.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 12712
Bu ay: 263908
Ümumi: 13753524
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın