/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Düşmən niyə azyaşlıları hədəfə alır?

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan niyə dinc yaşayış məntəqələrini atəşə tutur? Təcrübə göstərir ki, işğalçı ölkənin xüsusilə azyaşlıları hədəfə alması da səbəbsiz deyil - təxribatın miqyasını daha da genişləndirmək. Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhranın öldürülməsindən 1 ay sonra ermənilər Tovuzun Qaralar kəndini hədəfə alıb. Bu dəfə düşmən gülləsinə 13 yaşlı Ramin Yusifov tuş gəlib. Xoşbəxtlikdən 13 yaşlı kənd sakini həyatdadır və o, çoxsaylı qəlpə yaraları alıb. Ermənistan silahlılarının mütəmadi olaraq sərhəd rayonlarını, dinc yaşayış məntəqələrini, mülki əhalini, xüsusilə də azyaşlıları hədəfə alması təsadüfi deyil. İstər beynəlxalq hüquq, istərsə də mənəvi baxımdan heç bir çərçivəyə sığmayan bu davranış düşmənin münaqişə ətrafında gərginliyi artırmaqla təxribatın miqyasını daha da genişləndirməyə can atdığını göstərir.
Xüsusilə azyaşlı uşaq və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, ermənistan bu çirkin əməllərindən nəticə çıxarmır. Azərbaycan Xarici İşlər Nazirliyi isə düşmənin bu azğınlığını cəzasızlığın nəticəsi kimi izah edir. Rəsmi Bakı bir daha bəyan edir ki, Ermənistanın bu davranışları danışıqlar prosesinə ciddi maneədir. Hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə işğalçı ölkənin üzərinə düşür.

19:00 / 08.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 14501
Bu ay: 265697
Ümumi: 13755313
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın