/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

İsrail mətbuatı Ermənistanı növbəti dəfə «Təcavüzkar və işğalçı» adlandırıb

Şriftin ölçüsü:  11px13px15px17px

İsrail mətbuatı Ermənistanı növbəti dəfə «Təcavüzkar və işğalçı» adlandırıb. «yerusəlim-post» qəzetində dərc edilən məqalədə Ermənistanı Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş təcavüzkar dövlət adlandıran müəllif, beynəlxalq məsələlər üzrə ekspert Arye Qut diqqəti İrəvanın İsraillə hərbi əməkdaşlığına dair saxta iddialarına yönəldib. Bildirib ki, erməni siyasətçilərinin İsraillə İrəvanın mümkün hərbi əməkdaşlığı haqqında sözləri siyasi uydurmadan başqa bir şey deyil. Ermənistana silah ixrac etmək üçün İsrailin bu ölkə ilə strateji münasibətləri olmalıdır. Həqiqətdə isə İsrailin Ermənistanla bu münasibətləri sıfır səviyyəsindədir. Ermənistanın hərbi texnikanın satın alınmasına dair İsrailin hərbi-sənaye şirkətləri ilə ciddi müqavilələr imzalaması üçün maliyyə vəsaiti yoxdur. Ermənistan kommersiya nöqteyi-nəzərindən də heç bir iqtisadi perspektivə malik deyil”. Müəllif onu da bildirib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan qədər yaxın və mehriban münasibətləri yoxdur. Çünki Azərbaycan dünyəvi müsəlman ölkəsidir.

19:00 / 02.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 13450
Bu ay: 28851
Ümumi: 17249304
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın