/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan sərhəddə təxribat törətməklə nəyə nail olmaq istəyir?

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan Silahlı Qüvvələri sərhəddə təxribata əl atmaqla hansı məqsədi güdür? Düşmənin təxribat trayektoriyasını tez-tez dəyişməsinin bir neçə səbəbi var. Bu dəfə düşmənin təxribat Cinahı Qazax, Ağstafa və Tovuz rayonları oldu. Xəbər verildiyi kimi, Azərbaycan ordusu 1 şəhid verib. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Ekspertlər hesab edir ki, düşmən təxribatların istiqamətini sərhədə yönəltməklə əslində münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə nail olmağa çalışır. Əsas məqsəd kollektiv təhlükəsizlik müqaviləsi təşkilatını prosesə cəlb etməkdir. Ermənilər ötən həftə iyulun 28-də 32 yaşlı hərbçi, müddətdən artıq xidmət keçən Arkadi Qəmbəryanın ölümünü şişirdərək guya sərhəddə Azərbaycana qarşı cavab tədbirlərinin görülməsi imitasiyası ilə məşğuldur. Halbuki ölən hərbçinin qardaşı qəmbəryanın Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə deyil, öz əsgər yoldaşları tərəfindən vurluduğunu bildirib. Yəni, hazırda sərhəddə gərginliyin yaradılması ilə bağlı Ermənistanın heç bir tutarlı əsası yoxdur. Qeyd edək ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Müdafiə Nazirliyi bir daha bəyan edib ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcək. İstər cəbhə xəttində, istərsə də sərhəddə baş verən istənilən insidentə görə məsuliyyət işğalçı ölkə rəhbərliyinin üzərinə düşür.

19:00 / 31.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 802
Bu ay: 29740
Ümumi: 17250193
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın