/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan yeni hərbi avantüralara əl atır

Şriftin ölçüsü:  11px13px15px17px

«Ermənistanın təxribatçı əməlləri daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaq». Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında belə deyilir. Bildirilir ki, «Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları adi hal deyil. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan ciddi danışıqlar yolu ilə münaqişənin həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Rəsimi Bakı bir daha bəyan edir ki, təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

19:00 / 26.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 170
Bu ay: 415399
Ümumi: 17184732
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın