/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan Rusiyanı şantaj edir?

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan və Rusiya prezidentlərinin soçidə baş tutan vacib görüşünün detalları tam açıqlanmasa da dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxladıqları dəqiqdir. Bunu işğalçı ölkənin spekulyativ davranışlarından da sezmək mümkündür. İyulun 21-dən etibarən erməni təxribatlarının daha da artması münaqişənin nizamlanması ətrafında işğalçı ölkənin ürəyincə olmayan proseslərin baş verdiyini söyləməyə əsas verir. Soçi görüşündən sonra Ermənistan rəhbərliyi narahatlığını gizlədə bilmir. Rusiyalı siyasi şərhçilərin bu görüşün sülh danışıqlarına real töhfə verəcəyini proqnoz etməsi, hətta Ermənistan qarşısında daha sərt tələblərin qoyulacağı ilə bağlı açıqlamaları işğalçını bir qədər də təlaşlandırıb. Erməni mətbuatının yazdıqlarından bu qənaətə gəlmək olur ki, İrəvan Kremldən özünə qarşı ciddi təzyiqlər gözləyir. Elə Soçi görüşündən dərhal sonra Ermənistanın sülh danışıqlarına zərbə vuran növbəti təxribatçı addımlar atması da bununla izah olunur. İşğalçı ölkənin müdafiə nazirinin ardınca, xarici işlər nazirinin Kəlbəcərə səfər etməsi, gəncəsər dini mərasimində iştirakı açıq-aşkar dini saxtakarlığa siyasi don geyindirmək idi. Ötən gün tərtərdə ermənilərə məxsus pilotsuz uçan aparatla 1 hərbçimizin vurulması da təxribat siyasətinin davamı kimi qiymətləndirilməlidir. Ermənistan bütün vasitələrlə münaqişə bölgəsində vəziyyəti gərinləşdirməyə, sülh danışıqlarına zərbə vurmağa can atır.
Soçi görüşündən narahatlığa gəlincə, təcavüzkar ölkəni daha çox hiddətləndirən Rusiya hökumət orqanlarındakı erməni məmurların Azərbaycanla Rusiya arasında olan isti münasibətlərə zərbə vurmaq planının puça çıxmasıdır. Belə ki, dövləti başçılarının görüşü ilə bağlı yayılan məlumatlarda da Rusiyada müxtəlif hökumət orqanlarında erməni tərəfinin lobbiçilik həyata keçirdiyi qeyd edilib. Erməni mətbuatı da isə bədbin notlarla yazır ki, istənilən halda Azərbaycan Rusiya üçün daha vacib tərəfdaşdır, nəinki forpost Ermənistan.
Ermənistan isə Rusiyanın bu davranışına cavab olaraq yenidən qərbə, nato-ya yönəlmiş siyasətini qabartmağa çalışır. Maraqlıdır ki, son günlər irəvanın siyasi dairələri, NATO rəsmiləri hətta işğalçı ölkənin guya alyansa üzvlük imkanları haqda danışmağa başlayıblar. Aydındır ki, Ermənistanın NATO ilə bağlı planları elə xəyal olaraq qalacaq. Sadəcə, işğalçı dövlət rusiyanın təzyiqlərinə qarşı siyasi oyun oynamağa çalışır. Amma hərbi-siyasi və iqtisadi baxımdan Ermənistan o qədər Rusiyanın nəzarətinə keçib ki, erməni avantürasının işə yaramayacağı dəqiqdir. Proseslərin gedişi onu göstərir ki, strateji tərəfdaşlığını daha da möhkəmlənməsinə xidmət edən Əliyev–Putin görüşündən fərqli olaraq Putin-Sarksiyan təması daha ağır, hətta Ermənistan üçün imtahan xarakterli görüş kimi yadda qalacaq.

13:00 / 26.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 1125
Bu ay: 416354
Ümumi: 17185687
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın