/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

İstanbulda erməni vəhşiliyinə qarşı etiraz

Şriftin ölçüsü:  11px13px15px17px

İstanbulda ermənilərin Füzulinin Alıxanlı kəndində törətdiyi vəhşiliyə qarşı etiraz aksiyası keçirilib. Türkiyədəki Qarabağ azərbaycanlıları dərnəyinin bir qrup üzvü və bu ölkədə təhsil alan tələbələr İstanbulun Üsküdar bələdiyyəsində bir araya gəliblər. Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, iki yaşlı Zəhra və nənəsinin şəkilləri ilə xalqa müraciət ediblər. Ətrafdakı insanlara yaşananlar barədə məlumat verən dərnək nümayəndələri, dünyanın bu vəhşiliyi görməli, körpə Zəhranı qətlə yetirənlərin ədalət qarşısında cavab verməli olduğunu bildiriiblər. Körpə Zəhra üçün təşkil olunan yürüşün digər bir ünvanı isə azərbaycanlıların daha sıx yaşadığı İstanbulun Halkalı bələdiyyəsi olub. İstanbul-Azərbaycan dərnəyinin üzvləri, bu şəhərdə yaşayan həmvətənlərimiz, tələbələr müxtəlif şüarlar səsləndirərək yürüş ediblər. Əllərində “Uşaq qatili Ermənistanı qınayırıq" şüarı tutan mitinq iştirakçıları körpə Zəhranın qatillərinə ən sərt cəzanın verilməsini tələb ediblər. Sabah körpə Zəhra üçün İstanbulun Taksim meydanında yerləşən Qalatasaray liseyinin önündən başlayan genişmiqyaslı etiraz aksiyası keçiriləcək.

13:00 / 08.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 14496
Bu ay: 265692
Ümumi: 13755308
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın